Türkiyədə yayımlanan yeni seriallardan daha biri ilə bağlı final qərarı alınıb.
Axşam.az xəbər verir ki, "İçimizdeki ateş" adlı ekran işinin 5 və ya 6-cı bölümdə izləyicilərlə vidalaşağı bildirilib. Buna səbəb layihənin gözlənilən reytinqi toplamaması olub.
Qeyd edək ki, ekran işində aktyorlar Burak Sevinç, Ceren Benderlioğlu, İpek Filiz Yazıcı, Atakan Hoşgören, Gizem Arıkan, Demirhan Demircioğlu, Erdem Şanlı və Bilgesu Kural kimi simalar yer alır.