Türkiyəli aktyor Burak Özçivitin həyat yoldaşı Fahriyə Evcənlə sonuncu fotosu müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aktyor sosial media hesabında Fahriyə ilə şəklini paylaşıb. Fotoda hər ikisinin saçlarının səliqəsiz olması diqqət çəkib. İzləyicilər daha çox Burakın saçlarını lağa qoyub.
Onun ünvanına "Burak, feni çox yaxın tutmusan", "Elektrik vurub", "Heç kim mükəmməl deyildir", "Məncə küləkli yerdədirlər", "Buraka nə oldu ki, dayıma bənzədi" kimi şərhlər gəlib.

