İranlı rejissorlar həbs olundu

İranlı rejissorlar həbs olundu
1212 dəfə oxunub
  • A-
  • A
  • A+

İranlı rejissorlar Məhəmməd Rəsulof və Mustafa Əl-Əhməd həbs edilib.

Axşam.az xəbər verir ki, buna səbəb onların sosial şəbəkə hesablarında İrandakı polis zorakılığı ilə bağlı paylaşımları olub.

Məhəmmədin sözçüsü bildirib ki, rejissor "A man of integrity" filmi bəhanəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin "silahlarınızı yerə qoyun" şüarı ilə bağlı etiraz bəyanatı yaymaqda da ittiham olunur.

Onun sözlərinə görə, rejissor təkadamlıq kamerada saxlanılır. O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir.

“İRNA” xəbər agentliyinin məlumatına görə, rejissorlar mayda Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Məhəmməd və Mustafa polis zorakılığına qarşı petisiya başladıblar. Sənəd İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən də imzalanıb.