Müğənni Leonid Aqutinin çıxışı zamanı tamaşaçılar arasında yer alan bir kişi səhnəyə atdanıb.
Axşam.az xəbər verir ki, ifaçı "Ada" mahnısını oxuyarkən sözügedən şəxs ona yaxınlaşıb. Bundan sonra müğənni mahnını yarımçıq kəsərək gənci itələyib.
Azarkeş buna heç bir reaksiya verməyib və izdihamın yanına qayıdıb. Mühafizəçilər ona yaxınlaşıb, ona güc göstərməyə çalışıb.
Aqutin daha sonra peşman olaraq "Əhval-ruhiyyəni bir az korladım" deyib. İzləyicilərin əksəriyyəti isə onun bu addımını tənqid edib.