Türkiyəli aktyor İsmail Hacıoğlu ilə özündən üç yaş böyük həmkarı Aslıhan Gürbüzün eşq yaşadığı təsdiqlənib.
Axşam.az xəbər verir ki, cütlük ilk dəfə birlikdə görüntülənib. İsmail və Aslıhan Çeşmədə aktyor Selim Bayraktar və sevgilisi Emel Karaköse ilə yeməkdən sonra obyektivlərə tuş gəlib. İsmail kameraları görəndən sonra oradan uzaqlaşmaq istəsə də Aslıhan "Bura gəl, niyə qaçırsan" deyə ona əngəl olub. Buna baxmayaraq onlar müxbirlərin münasibətləri ilə bağlı sualları cavablamaqdan imtina ediblər.
Qeyd edək ki, ikili artıq dörd aydır münasibətdədir. İsmail hazırda "Mahkum", Aslıhan isə sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alıb.
