Rusiyanın Xalq artisti Larisa Dolina azərbaycanlı müğənni Jony ilə duet oxuyacaq.
Axşam.az xəbər verir ki, bu barədə Larisa sosial media hesabında paylaşım edib. O, Jony ilə fotolarına bu sözləri yazıb:
“Jony tamamilə heyrətamizdir! Dəlisov enerji, düzgün mesaj, musiqi hissi və zəhmli səs! Səni sevirəm! Duet yoldadır!"
Qeyd edək ki, Larisa 2016-cı ildə Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında Azərbaycan muğamını erməni musiqisi kimi təqdim etmişdi. Etirazla qarşılanan bu açıqlamadan sonra Xalq artisti Alim Qasımov onun sözlərini təkzib etmişdi. Bundan sonra Larisa növbəti açıqlamasında ondan buna görə üzr istənilməyəcəyi təqdirdə Bakıya gəlməcəyini demişdi.

