Handedən sonra onu seçdi - Foto

Handedən sonra onu seçdi - Foto
2529 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kaan Yıldırımın yeni eşqə yelkən açıb.

Axşam.az xəbər verir ki, aktyorun həmkarı Pınar Denizlə münasibətdə olduğu iddia edilib. Cütlüyün Uraldakı hotellərin birində birgə istirahət etdiyi ortaya çıxıb. Buna səbəb Pınarın paylaşdığı fotoda Kaana məxsus olan qolbaq və eynəyin yer alması olub.

Cütlük məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Kaan bundan əvvəl aktrisa Hande Erçelə sevgili idi. Aktyorun Handeyə ailə dostları Tuğçe Açıkgözlə xəyanət etdiyi iddia olunmuşdu. Pınar isə bundan əvvəl "Aşkın kıyameti" filmində tanış olduğu aktyor Yiğit Kirazcı ilə sevgili idi.