“Avroviziya”da İsraili o təmsil edəcək

“Avroviziya”da İsraili o təmsil edəcək
700 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün İsrail “Avroviziya 2023” təmsilçisinin adını açıqlayıb. 

Axşam.az xəbər verir ki, ölkəni 21 yaşlı Noa Kirel təmsil edəcək. 

Bildirilib ki, Noa səsvermə nəticəsində seçilib. 78 namizəd arasından seçilən ifaçının oxuyacağı mahnı isə hələ bəlli deyil. 

Qeyd edək ki, Noa 2001-ci ildə anadan olub. Onun atası “Glassco Glas” şirkətinin direktorudur. 

2015-ci ildən səhnədə olan ifaçı “People” dərgisinə görə 20 ən məşhur müğənnilər siyahısındadır.