Bredli Kuper tanınmış siyasətçi ilə gizli eşq yaşayır

Bredli Kuper tanınmış siyasətçi ilə gizli eşq yaşayır
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Bredli Kuper siyasətçi Huma Abedinlə münasibətdədir.

Axşam.az xəbər verir ki, bir neçə aydır eşq yaşayan cütlük münasibətlərini gizli saxlamağa çalışır. Bununla belə ikili birlikdə görüntülənməyib. Hətta onların bunu gizli saxlamaq üçün "Met Qala"ya ayrı-ayrılıqda qatıldığı bildirilib.

Kuperin dostlarından biri isə ona sevgilisinin olduğunu desə də adını açıqlamadığını söyləyib.

Qeyd edək ki, Kuper 2006-2007-ci illərdə aktrisa Cennifer Esposito ilə evli olub. 2015-2019-cu illərdə isə rusiyalı model İrina Şeyklə görüşüb. Onların 2017-ci ildə dünyaya gələn Lea de Seine adlı qızları var. Kuper Humanla aktrisa Diana Aqrondan ayrıldıqdan sonra görüşməyə başlayıb.

Human isə 2017-ci ildə siyasətçi Entoni Vayner ilə evliliyini bitirib. Onların Cordan adlı bir oğlu var.