Kökəldiyi üçün sənətdən gedən Linda illər sonra yenidən - Foto

Kökəldiyi üçün sənətdən gedən Linda illər sonra yenidən - Foto
2916 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların məşhur modeli Linda Evanqelista uzun aradan sonra karyerasına qayıdıb.

Axşam.az xəbər verir ki, 57 yaşlı keçmiş model "Fendi" brendinə məxsus olan çantanın reklam çəkilişndə yer alıb. Bundan başqa, sentyabrda Nyu-Yorkda baş tutacaq moda nümayişi zamanı da Lindanın podiumda görünəcəyi iddia olunub.

Qeyd edək ki, Linda liposaksiya əməliyyatından sonra bədənində yaranan qalıcı deformasiyalara görə sənətdən uzaqlaşmalı olmuşdu. Keçmiş model bu ilin əvvəlində "People" a verdiyi açıqlamada artıq çəkisinə və bədən quruluşuna görə utanmadığını və gizlənməyəcəyini demişdi.