Türkiyəli aktrisa çəkiliş meydançasında yaralandı

Türkiyəli aktrisa çəkiliş meydançasında yaralandı
1480 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Songül Öden xəstəxanalıq olub.

Axşam.az xəbər verir ki, aktrisa "Nomen" serialının çəkiliş meydançasında qəza keçirib. Avtomobilin alovlanması səhnəsinin çəkilişi zamanı maşın qəza rejiminə keçib və hava yastığı açılaraq Songülə dəyib. Oturacağa sıxışan aktrisa qarnından və qolundan zərbə alıb.

O, təcili xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti yaxşı olan aktrisa evdə müalicə alır.

Xatırladaq ki, Songül eyni zamanda "Atatürk" serialının çəkilişlərində iştirak edir.

Qeyd edək ki, bundan əvvəl aktyor İsmail Hacıoğlunun çəkiliş zamanı yandığı bəlli olub.