Salman Rüşdi süni nəfəs aparatına qoşuldu

Salman Rüşdi süni nəfəs aparatına qoşuldu
1002 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi ötən gün Nyu-Yorkda bıçaqlanıb.

Axşam.az xəbər verir ki, yazıçı süni nəfəs aparatına qoşulub. Bu barədə müəllifin agenti Endryu Uayli "İnterfaks"a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rüşdinin aldığı yaralar çox ciddi olduğu üçün bu addım atılıb:

“Xəbərlər məyusedicidir. Çox güman ki, Rüşdi bir gözünü itirəcək, qolunun sinirləri, qaraciyəri zədələnib".

Qeyd edək ki, Röşdi 24 yaşlı Hadi Matar tərəfindən bıçaqlanıb. O, polis tərəfindən saxlanılaraq həbs olunub. Yazıçının ən azı 10 bıçaq yarası aldığı bildirilib.