"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask çəkisi ilə bağlı tənqidlərdən sonra pəhrizə başlayıb.
Axşam.az xəbər verir ki, bu barədə milyarder tviter hesabında paylaşım edib. O, "Yaxşı bir dostumun məsləhəti ilə aralıq oruc tutmağa başladım və özümü daha sağlam hiss edirəm" deyə, tvit yazıb.
Qeyd edək ki, Maskın Yunanıstanda yaxtada istirahət zamanı çəkilən fotoları artıq çəkisi və bədən quruluşu səbəbindən tənqid olunmuşdu.
