Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest daha bir brendi plagiatlıqda ittiham edir.
Axşam.az xəbər verir ki, ifaçı məşhur brendi "Yeezy"yə məxsus məhsulun "GAP" tərəfindən də satışa təqdim olunduğunu bildirib. Reperin sözlərinə görə, brendin yeni kolleksiyası onun əməkdaşlıq etdiyi "YEEZY GAP Engineered by Balenciaga"nın köynəklərinin dizaynına çox bənzəyir.
Qeyd edək ki, "Ye" daha əvvəl "Adidas"ı öz brendinə məxsus ayaqqabıların oxşarını satışa təqdim etdiyini demişdi.
