Türkiyəli müğənni Demet Akalın bu dəfə Şahzadə Harrinin həyat yoldaşı hersoqinya Meqan Marklı hədəf alıb.
Axşam.az xəbər verir ki, ifaçı Meqanın şahzadə Diananın ölümünün 25-ci ildönümü ərəfəsində müsahibə verməsini tənqid edib.
İfaçı hersoqinyanın son müsahibəsindən olan fotosunu paylaşaraq "Həm kral ailəsindən qurtulmaq istə, həm də səhifə-səhifə kraliçanı pislə! Diana ola bilmyəcəksən, əfsanə olmaq başqadır" sözlərini yazıb.
Qeyd edək ki, “The Cut” jurnalında dərc olunan sözügedən müsahibə kral ailəsi tərəfindən də tənqid olunub.
