Sonuncu mövsümünü yayımlamağa hazırlaşan reytinqli seriallardan biri olan "Yasak elma"nın heyətinə daha bir yeni sima daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində aktrisa Ece Özdikici rol alacaq. O, aktyor Murat Aygenin canlandırdığı "Doğan" obrazının sevgilisi "Hilal"a həyat verəcək.
Xatırladaq ki, bundan əvvəl serialda Bekir Aksoyun da rol alacağı açıqlanıb.
Qeyd edək ki, layihədə Muratın tərəf müqabili aktrisa Eda Ecenin canlandırdığı "Yıldız" obrazıdır. Onu da qeyd edək ki, sözügedən obrazın davamlı olaraq serialda xəyanətlə üzləşməsi tənqid olunmuşdu.
