"Yasak elma" serialının daha bir əməkdaşı vəfat edib.
Axşam.az xəbər verir ki, ekran işinin heyətində yer alan, səs texniki Semih Taha Uğurel dünyasını dəyişib. Bu barədə serialın baş rol aktrisalarından olan Eda Ece sosial media hesabında yazıb.
"Semihi itirmişik. Bərabər işlədik, çox təmiz qəlbli, gülərüz insan idi. Sağaldığını eşitmişdim, elə pis oldum ki. Bu il iki iş yoldaşımızı itirdik. Üzümüz hələ də gülür, amma işimiz üçün. İnsan içindən yaralanır. Erkən vidalara dözümüm qalmayıb artıq. Semih, işıqlar içində, rahat yat, məkanın cənnət olsun" deyə, aktrisa paylaşımında yazıb.
Qeyd edək ki, Eda serialda "Yıldız" obrazına həyat verir. O. bundan əvvəl ekran işinin kamera arxasında fəaliyyət göstərən Umut adlı şəxsin vəfat etdiyini açıqlamışdı.


