Narkotik çəkdiyi görüntülər Şeymaya baha başa gəldi

Narkotik çəkdiyi görüntülər Şeymaya baha başa gəldi
3240 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, sosial media fenomeni Şeyma Subaşı bir müddət əvvəl misirli sevgilisi Mohammed Alsaloussi ilə əylənərkən narkotik vasitədən istifadə edərkən görüntülənmişdi.

Axşam.az xəbər verir ki, videonun ortaya çıxması fenomenə baha başa gəlib. Bildirilib ki, sözügedən görüntülərin ardından məşhur idman markası onunla əməkdaşlığı sonlandırıb. 

Şeyma xəbərlərdən sonra Türkiyənin səhiyyə nazirliyinin nəzdində olan laboratoriyaya yollanıb və test verib. Vəkili açıqlama yayaraq bildirib ki, narkotik istifadə edib-etməməsi ilə bağlı müvəkkilinin verdiyi testlərin nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, Şeyma keçmiş həyat yoldaşı Acun Ilıcalıdan boşanandan sonra qızları Melisanın qəyyumluğu iş adamına verilsə də anası ilə qalır.