Azərbaycanlı rəqqas dünya şöhrətli ulduzla bir səhnədə

Azərbaycanlı rəqqas dünya şöhrətli ulduzla bir səhnədə
1023 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 16-da Nyu-York şəhərinin “Millenium” teatrında dünya şöhrətli müğənni İştar Alabinanın geniş konsert proqramı təqdim olunacaq. Azərbaycanlı rəqqas, Əməkdar Artist Tahir Eynullayev də bu konsertdə iştirak edəcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tahir Eynullayev bildirib ki, konsertdə milli rəqslərimizi təqdim edəcək.

T.Eynullayev, həmçinin Nyu-York şəhərində həmvətənlərimiz üçün təşkil olunacaq konsert proqramında iştirak edəcəyini vurğulayıb. Konsertdən sonra o, şəhərin ən böyük ali təhsil ocaqlarından birində tələbələrə ustad dərsləri keçəcək.

Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.

İştar Alabina ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlayıb.
İndiyədək dünyanın müxtəlif ölkələrində milyonlarla albomu satılıb, mənşəcə İsrailli olan məşhur müğənninin müxtəlif vaxtlarda işıq üzü görmüş musiqi albomları dünya xit-paradlarında birinciliyə yüksəlib.

AzərTAc