Dünya şöhrətli fransalı aktyor Alen Delon Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə alacaq.
Axşam.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. 86 yaşlı aktyorla Zelenskinin müsahibəsi sentyabrın 23-də "TV5 Monde" telekanalında baş tutacaq.
Xatırladaq ki, bundan əvvəl A.Delon Ukraynaya qarşı başladılan müharibəni pisləyib.
Qeyd edək ki, bir müddət əvvəl A.Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəldiyini açıqlayıb.