Alen Delon evtanaziya ilə həyatını sonlandırmaq istəyir

Alen Delon evtanaziya ilə həyatını sonlandırmaq istəyir
12243 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli fransız aktyoru Alen Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, 86 yaşlı əfsanəvi aktyor hesab edir ki, insanın harada və nə vaxt ölmək istədiyini seçmək hüququ var. Fransanın "Le Point" nəşri yazır ki, sənətçi fikrində qərarlıdır və bunun üçün evtanaziya etmək niyyətindədir.

Nəşrin məlumatına görə, A.Delon hazırda evtanaziya prosedurunun qanuni və icazəli olduğu İsveçrədə yaşayır və sənədləşmə işləri üçün ailəsindən yardım alır. Ulduzun evtanaziyanı nə vaxt edəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Delon 2019-cu ildə bir neçə dəfə insult keçirib. O, daha əvvəl verdiyi müsahibədə qocalığın dəhşətli olduğunu bildirib:

“Üzümüzü və görmə qabiliyyətini itiririk, ayağa qalxanda cəhənnəmdə kimi hiss edirik, topuğumuz ağrıyır. Bu ağrı dəhşətlidir”.