Daha iki məşhur "Altın kelebek"dən imtina etdi

Daha iki məşhur "Altın kelebek"dən imtina etdi
2346 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha iki türkiyəli məşhur "Altın kelebek" mükafatından imtina edib.

Axşam.az xəbər verir ki, söhbət aktrisalar Bennu Yıldırımlar və Sumru Yavrucukdan gedir. Bennu seçimlərin məntiqi bəlli olmayan sistemlə aparılmasını qınayıb və nazmizədliyini geri çəkdiyini açıqlayıb:

"Altın kelebek mükafatlarında məntiqi bəllki olmayan sistem səbəbindən namizədlikdən geri çəkildiyimi bildirirəm. Bütün komandaya və izləyicilərə sayqı ilə".

Sumru isə "Altın kelebek" aktrisa kateqoriyasında 300-ə yaxın namizəd təqdim edib. Olmayanları desəydilər, daha asan olardı. İnamsızlığım olduğu üçün namizəd olmayacağam" deyə, bildirib.

Xatırladaq ki, Bennu hazırda finala hazırlaşan "Kusursuz kiracı" serialında rol alır. Sumru isə sonuncu dəfə "Evlilik hakkında her şey"də yer alıb.

Qeyd edək ki, daha əvvəl aparıcı Armağan Çağlayan və aktrisa Vahide Perçin də namizədlikdən geri çəkildiklərini açıqlamışdı.