Daha bir türkiyəli məşhur "Altın kelebek" mükafatından imtina edib.
Axşam.az xəbər verir ki, aktrisa Özlem Türkad da namizədliyini geri çəkdiyini açıqlayıb. O, "Ən yaxşı aktrisa" nominasiyası üzrə namizəd göstərildiyim "Altın kelebek"dən səsvermə sisteminin düzgün olmaması səbəbindən imtina edirəm" deyə, yazıb.
Qeyd edək ki, daha əvvəl aparıcı Armağan Çağlayan, aktrisalar Vahide Perçin, Bennu Yıldırımlar və Sumru Yavrucuk da namizədlikdən geri çəkildiklərini açıqlamışdı.