Məşhur müğənni Dua Lipa İranda qadınların azadlıqları üçün keçirdikləri etiraz aksayaları ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, bu barədə sosial media hesabında yazıb.
"16 yaşlı Sarina Esmailzadə İranda qadın hüquqlarına etiraz etdiyi üçün ölkənin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək öldürülüb. 16 yaşlı Nika Şakarami etiraz olaraq çadrasını yandırdıqdan sonra öldürülüb. 23 yaşlı Hədis Nəcəfi ölkənin əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin qətlindən sonra keçirilən nümayişlər zamanı dəfələrlə güllələnərək öldürülüb. 100-dən çox etirazçı, amma yalnız dörd gənc qadın bunu canları ilə ödəyib. Təxminən daha 1200 nəfər polis nəzarətindədir. Xahiş edirəm, arxanızı dönüb keçməyin, dünyanı izləyin. Hər birimiz platformamızda buna yer ayıra, səs-küy yarada bilərik. İran qadınlarının yanındayam" deyə, o, bildirib.