Milyarder Rusiya vətəndaşlığından imtina etdi

Milyarder Rusiya vətəndaşlığından imtina etdi
1336 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı iş adamı, milyarder, “DST” Global İnvestisiya Fondunun sahibi Yuri Milner ölkə vətəndaşlığından imtina edib.

Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Milyarder ailəsi ilə birlikdə 2014-cü ildən bəri Rusiyanı tərk etdiyini bildirib.

“Bu yay biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq”, deyə, Milner tviter hesabında yazıb.

Qeyd edək ki, "Forbes"ə görə, iş adamı rus milyarderlərinin reytinqində 15-ci yerdədir, onun sərvəti 7,3 milyard dollar qiymətləndirilir.