Amerikalı aktrisa vəfat etdi - Fotolar

Amerikalı aktrisa vəfat etdi - Fotolar
619 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyorlar Şonla Kris Pennin anası aktrisa Eylin Rayan vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa Kaliforniyadakı evində 95 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Eylin 50-dən çox film, o cümlədən “Alatoranlıq zona”, “Yol ayrıcında mühafizə”, “Təcili yardım” və bir çox filmlərdə rol alıb.

Onun rejissor Leo Pennlə evliliyindən üç oğlu - Maykl, Şon və Kris var. O, 1986-cı ildə oğulları ilə "Point Blank" kriminal dramında oynayıb. Eylinin kiçik oğlu Kris 2006-cı ildə 40 yaşında ürək xəstəliyindən vəfat edib.