Britni Spirsdən anasına qarşı daha bir ittiham

Britni Spirsdən anasına qarşı daha bir ittiham
733 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Britni Spirs anası Linn Spirsi ona qarşı daha bir zorakılıqda ittiham edib.

Axşam.az xəbər verir ki, ifaçı anasının ona şillə vurduğunu bildirib. O, bu barədə sosial media hesabında yazıb.

Sənətçinin sözlərinə görə, hadisə 2007-ci ildə ikinci keçmiş həyat yoldaşı Kevin Federlaydan boşandıqdan sonra baş verib. Britni iki oğlu ilə birlikdə bağ evinə köçüb. Uşaqları anasının yanında qoyub, Spirs Lindsay Lohan və Peris Hiltonun şirkətləri ilə ziyafətə gedib. O, səhər saat dörddə evə qayıdarkən qəzəbli anasının ona şillə vurduğunu bildirib:

"And içirəm ki, ömrümboyu heç kimə şillə vurmamışam!.. Bəli, mən səhər 4-ə qədər əyləndim və anam buna əsəbiləşdi. İçəri girəndə mənə baxdı və bir şillə vurdu ki, heç vaxt unutmayacağam! O vaxtdan bəri həmişə fikirləşmişəm, görəsən kiməsə vurmaq necə bir hissdir... Heç bilməyəcəyəm də. Rahat olun, bütün bunlar 15 il əvvəl idi... Demək istəyirəm ki, o vaxtdan bəri hamımız böyümüşük!".

Qeyd edək ki, bu Britninin anasına qarşı səsləndirdiyi ilk belə ittihamı deyil.