Məşhur müğənni Şakira İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı aksiyalarda iştirak edən qadınlara dəstək olduğunu bildirib:
“Ürəyim Məhsa Əmininin ailəsi, iranlı qadınlar, məktəbli qızlar və söz azadlığı üçün mübarizə aparan hər kəslədir”.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.