Cemal Hünal qəza törətdi, yaralılar var

Cemal Hünal qəza törətdi, yaralılar var
994 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Cemal Hünal qəza törədib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hadisə oktryabrın 9-u günorta saatlarında baş verib. Aktyorun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletdə olan iki nəfər ağır yaralanıb. Onlardan birinin ayağında qırıq olduğu ortaya çıxıb. Bu səbəbdən onlar Cemaldan şikayətçi olublar. 

İddia olunub ki, "BMW" markalı maşın birdən-birə sola dönüb və nəticədə qəza baş verib. Yaralılar xəstəxanaya qaldırıldıqdan sonra aktyor nəticələri gözləmədən oradan ayrılıb. Motosiklet sürücüsü dostunun ayağındakı qırıq səbəbindən əməliyyata ehtiyac olduğunu deyib. Sürücü qəzaya Cemalın səbəb olduğunu iddia edərək ondan şikayətçi olub.

Qeyd edək ki, aktyor hazırda "Camdaki kız" serialında rol alır.