“Onun yazdığı qətl” filmində baş rol ifaçısı ingilis-amerikalı aktrisa Anjela Lansberi 97 yaşının tamam olmasına 5 gün qalmış vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa Los-Ancelesdəki evində yuxuda olarkən dünyasını dəyişib.
Qeyd edək ki, Anjela 3 dəfə "Oskar"a, 18 dəfə "Emmi" mükafatına namizəd olub. O, həmçinin, 6 dəfə "Qızıl Qlobus" mükafatını qazanıb. 2013-cü ildə Anjela kinonun inkişafına 70 ildən çox töhfə verdiyinə görə fəxri "Oskar"la mükafatlandırılıb. Eyni zamanda, o, 5 dəfə "Toni" mükafatına layiq görülüb.
Aktrisa “Dorian Qreyin şəkli”, “Mancuriya namizədi”, “Mavi Havay” və s. ekran işlərində rol alıb. Onun üç övladı var.

