Hadisə boşandıqdan sonra ilk dəfə danışdı - "Məni əzəcəklərini düşünürlər"

Hadisə boşandıqdan sonra ilk dəfə danışdı - "Məni əzəcəklərini düşünürlər"
2756 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli müğənni Hadisə həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşandıqdan sonra ilk dəfə açıqlama verib.

Axşam.az xəbər verir ki, ifaçı 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibəti ilə təşkil olunan konfransda iştirak edib. O, çıxışı zamanı etdiyi açıqlamalarla diqqət çəkib. 

"Mənə edilən hücumlardan sonra “Niyə bunu yaşayıram? demirəm. Məni əzəcəklərini düşünürlər. Belə bir şey yoxdur. Güclənirəm! Siz sadəcə danışın" deyə, Hadisənin işlətdiyi fikirlər qısa müddət ərzində sosial media seqmentində yayılıb. 

Müğənni evliliyinin qısa çəkməsi və boşanmasına rəğmən özünü hələ də güclü hiss etdiyini bildirib.