Kraliça Kamilla həyat yoldaşı Kral III Çarlzın tacqoyma mərasimində II Elizabetin əfsanəvi Kuh-i-Nur almazlı (105 əyyar) tacını taxa bilməyəcək.
Axşam.az xəbər verir ki, buna səbəb eyni anda bir neçə ölkənin almazla bağlı iddia etdiyi qalmaqaldır.
Belə ki, almaz hələ 13-cü əsrdə Hindistanda tapılıb və bu müddət ərzində bir neçə sahib dəyişib: daş bir neçə dəfə oğurlanıb, satılıb, əldən-ələ keçib. Bunu Hindistan, Pakistan, İran və Əfqanıstan hökumətləri iddia edir.
1850-ci ildə İngiltərədə olan almaz Kraliça Viktoriyaya məxsus idi. Daşın 10 yaşlı imperator Dalip Sinx tərəfindən kraliçaya hədiyyə olduğu güman edilsə də, çoxları bunu anası əsir götürüldükdən sonra etdiyinə inanır.
1937-ci ildə almaz Kral VI Corcun həyat yoldaşı Kraliça Ann Elizabetin tacında görünüb. O, bu tacı bir neçə dəfə, o cümlədən 1953-cü ildə qızı II Elizabetin tacqoyma mərasimində taxıb.
Onu da əlavə edək ki, gələn il mayın 6-da baş tutacaq tədbir 1953-cü ildə kraliçanın tacqoyma mərasimindən qat-qat təvazökar formada təşkil olunacaq.
Qeyd edək ki, Kamillanın taxa bilməyəcəyi tac sonuncu dəfə Kraliça II Elizabetin dəfn mərasimi zamanı tabutun üzərinə qoyulmuşdu.