Hazaldan makiyajsız fotolarının çəkilməsinə reaksiya

Hazaldan makiyajsız fotolarının çəkilməsinə reaksiya
3333 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hazal Filiz Küçükköse ötən gün makiyajsız paparatsilərin obyektivinə tuş gəlib.

Axşam.az xəbər verir ki, aktrisa kameraları görəndən sonra "Məni bu halda çəkməyin, xahiş edirəm. Çəkilişə gedirəm" deyə, bildirib. Fotolar sosial mediada yayılaraq müzakirələrə səbəb olub. İzləyicilərin çoxu Hazala dəstək olaraq çəkilişin etik olmadığını vurğulayıb, şərhlərdə təhqir yazanları qınayıblar.

Bundan başqa Hazal özü də "2. sayfa" proqramının paylaşımına münasibət bildirib: 

"Qızlar (red. - proqramın aparıcıları, Müge Dağıstanlı və Gülşen Yüksel), məni yaxşı gözdən çıxartmısınız, təşəkkür edirəm. Amma kaş səhərə qədər oyaq qaldığım çəkilişin ardından heç yatmadan işlərimi həll etrmək məcburiyyətində qaldığım zaman aralığında yorğun və kefsiz olduğumu dediyim müxbirlərə başqa bir gün uzun-uzadı danışmaq istədiyimi də yazsaydınız". 

Qeyd edək ki, Hazal hazırda "Bir peri masalı" serialında Neslihan Köksal obrazına həyat verir.