Rusiyanın keçmiş milyarderlərindən olan Sergey Polonski ölkədə qismən səfərbərlik elan edildikdən sonra Birləşmiş Ərəb Əmirliyinə mühacirət edib.
Axşam.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Bildirilib ki, keçmiş milyarder həqiqi hərbi xidmətini Hava-Dəniz Qüvvələrində çəkdiyi üçün səfərbərliyə çağırılacağını düşünüb. Bu səbəbdən o, Rusiyanı tərk edərək BƏƏ-yə gedib.
Məlumatına görə, Polonski ilk olaraq övladlarının anaları ilə əlaqə saxlayıb. Ona qəyyumluq sənədləri verilməsini istəyib. Lakin Polonski aliment ödəmədiyi üçün bundan imtina ediblər. Bu səbəbdən o, Latviyada sərhədi piyada keçmək qərarına gəlib və lakin onu ölkəyə buraxmayıblar.
Qeyd edək ki, 2008-ci il böhranından əvvəl Rusiyanın ən varlı adamları siyahısına Sergey Polonski başçılıq edirdi. Onun hətta Kambocada öz adası var idi. 2017-ci ildə oradan ekstradisiya edildikdən sonra keçmiş milyarder hətta Rusiya prezidenti olmağa cəhd etsə də, onun rəsmi namizədliyinin qeydə alınmasından imtina edilib.