Rusiyada Yeni il gecəsi ən çox onları istəyirlər

Rusiyada Yeni il gecəsi ən çox onları istəyirlər
1076 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı prodüser və jurnalist Təbriz Şahidi teleqram kanalında Rusiya şou-biznesinin Yeni il konsertləri üçün ən çox istənilən sənətçilərinin reytinqini dərc edib.

Axşam.az xəbər verir ki, Təbrizi reytinqin sırf daxili məlumatlar əsasında, daimi partnyorlar və müştərilərdən gələn sorğu və sifarişlərin sayına, habelə həmkarlar tərəfindən ortaya çıxan statistik məlumatlara əsasən yaradıldığını bildirib.

Top 35-in birinci pilləsində Rusiyanın Əməkdar artisti Leonid Aqutin, onun ardınca "Руки Вверх", Zivert, Shaman və Basta gəlir. Reytinqdə 19-cu yerdə müğənni Coni (Cahid Hüseynli) və 27-ci sırada HammAli & Navaidir (Aleksandr Əliyev və Nəvai Bəkirov).

Prodüser vurğulayır ki, onun tərtib etdiyi reytinq onun hazırkı məqamda (oktyabrın ortalarında) bazarın vəziyyəti ilə bağlı şəxsi, sırf subyektiv qiymətləndirməsidir.