Boşanma xəbərlərindən sonra ilk dəfə - Fotolar

Boşanma xəbərlərindən sonra ilk dəfə - Fotolar
3297 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli aktyor Silvestr Stallone həyat yoldaşı model, Cennifer Flavin ilə boşanma xəbərlərindən sonra ilk dəfə birlikdə görüntülənib.

Axşam.az xəbər verir ki, cütlük San Marinoda "Ralph Lauren"in yaz-yay kolleksiyasının nümayişi zamanı obyektivlərə birgə poz veriblər. İkilidən başqa təqdimata qatılanlar arasında müğənni Cennifer Lopezlə aktyor Benn Afflek, aktrisa Lili Kollinz həyat yoldaşı Çarli Makdauell kimi ulduzlar da olub.

Qeyd edək ki, avqustda model Cennifer Flavin 25 illik evlilikdən sonra Silvestr Stallone ilə boşanmaq üçün məhkəməyə müraciət etmişdi. O, ərini “ailə əmlakını qəsdən israf etməkdə” ittiham edib və maddi təzminat istəyib. Bir müddət əvvəl isə ikili barışdıqlarını açıqlayıblar. Silvestr və Cennifer 1997-ci ildə evlənib və üç qızı var: Sofiya, Sistine və Skarlet.