Dünyaca məşhur müğənnilər "The Weeknd" və Dreyk "Grammy" mükafatını boykot etməyə davam edirlər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar mükafatlandırmada mərasiminə bu il də mahnə təqdim etməyiblər. İki kanadalı ifaçının gələn il "Grammy" üçün namizəd göstərilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, ötən il "Certified Lover Boy" və "Way 2 sexy" mahnılarıyla namizəd göstərilən Drake mahnılarının kateqoriyadan çıxarılmasını istəmişdi. O, 2017-ci ildə də "Hotline bling" mahnısının "rep" kateqoriyası yerinə "pop"da dəyərləndirilməsinə etiraz edərək, tədbirə qatılmamışdı.
"The Weeknd" də ötən il musiqi listlərində ilk sırada yer alan "Blinding lights" mahnısının mükafat almamasına etiraz etmişdi.