Nihal Yalçın sevgilisi Berker Güvenin ona rol aldığı “Üç kardeş” serialına baxmağı qadağan etdiyini deyib.
Axşam.az xəbər verir ki, Nihan alış-veriş mərkəzində obyektivlərə tuş gəlib. Sualları cavablandıran aktrisa Farah Zeynep Abdullahın "Kişilər pomidor seçdikləri kimi qadın aktyorları da seçirlər" açıqlamasına münasibət bildirib.
"Kişinin yaşının heç bir əhəmiyyəti yoxdur. Qızlar həmişə gənc və gözəl olacaqlar. Kişilərin onlara sevgisi olacaq və başqaları ilə yaşayacaqlar".
Yalçın Berker Güven haqqında "Münasibətimiz çox yaxşı gedir. Berker Ayvalıkda işləyir. Seriala baxmıram, arabir treylerlərə baxıram. Seriala baxmağa icazəm yoxdur. Berker ona baxmağımı istəmir. Öz işinə baxa bilmir. Mən həmişə Ayvalığa gedirəm. Çox çalışırlar" deyə, bildirib.