İranlı kinorejissor Mani Haqiqiyə heç bir izahat verilmədən filminin Londonda nümayişi üçün ölkəni tərk etməsinə icazə verilməyib. Yerli hakimiyyət kinorejissorunun pasportunu alıb və onu uçuşdan kənarlaşdırıb.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb. Belə ki, Haqiqi "Çıxarma" ("Subtraction") filmini BFI London Film Festivalında təqdim etməli idi. Bu gün filmin premyerasından əvvəl rejissorun vəziyyəti izah edən videomüraciəti nümayiş olunmalı idi.
Haqiqinin fikrincə bu vəziyyət 2 səbəbdən ola bilər. Birincisi bu sosial şəbəkələrdəki videosu ilə əlaqədardır. O, İranın qadınların hicab taxması ilə bağlı qanunlarını tənqid edib. Bundan başqa, baş örtüsünü düzgün taxmadığına görə polis tərəfindən zorakılığa məruz qalaraq öldürülən 22 yaşlı Məhsa Əmininin qətlindən sonra küçələrə çıxan etirazçıları dəstəkləyib. İkinci səbəb isə “Öz ölkəmi, öz evimi mənim üçün dözülməz həbsxanaya çevirdilər və məni orada məhbus kimi qalmağa məcbur edərək cəzalandırdılar” sözlərinin ola bilmə ehtimalıdır.