Titulunda dəyişiklik edilə bilər

Titulunda dəyişiklik edilə bilər
1737 dəfə oxunub
  • A-
  • A
  • A+

Bukinqem sarayı Kral III Çarlzın həyat yoldaşı Kamillanın titulundan "konsort" sözünü çıxartmağı planlaşdırır.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bununla belə, qərar birbaşa ictimaiyyətin kraliçanın yeni statusunu nə dərəcədə isti qəbul edəcəyindən asılı olacaq. 

Nəşr qeyd edir ki, müasir tarixdə Britaniya monarxlarının bütün həyat yoldaşları “sadələşdirilmiş” titula malik olublar, lakin Kamilla ictimai rəyə hörmət əlaməti olaraq könüllü olaraq "Kraliça konsort" titulunu qəbul edib. Kamillanın belə bir addım atmasına isə III Çarlzın ilk həyat yoldaşı mərhum şəhzadə Diana ilə boşanması səbəbindən bir çox britaniyalıların ona uzun müddət düşmən münasibət bəsləməsi olub.

Xatırladaq ki, II Elizabetin ölümünün ardından yeni Kral həyat yoldaşının "Kraliça konsort" titulu almaq istədiyini bildirmişdi.

Qeyd edək ki, gələn il mayın 6-da Kral III Çarlzın tacqoyma mərasimi baş tutacaq.