TikTok platformasına tezliklə yeniliklər əlavə olunacaq.
Axşam.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb
Bildirilib ki, sözügedən yenilik yaş məhdudiyyəti ilə bağlıdır. Hazırda 16 yaşında hər hansı bir TikTok istifadəçisinin canlı yayım açması mümkündür. Lakin 23 noyabrdan etibarən yayımlar üçün 18 yaş tələbi olacaq.
Bundan əlavə, yayım zamanı izləyicilər üçün 18+ yaş həddi də təyin etmək funksiyası da yaradılacaq.
Xatırladaq ki, hazırda 1000 nəfər abunəçiyə sahib istənilən istifadəçi platformada canlı yayımlar keçirə bilər.
Qeyd edək ki, Azərbaycanda TikTok-a giriş sentyabrın 14-dən məhdudlaşdırılıb. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək sosial şəbəkə resursuna girişi məhdudlaşdırıb.