Türkiyəli aktrisa Zeynep Tuğçe Bayatın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "La pasion turca" (Türk tutkusu) adlı serialda rol alacaq. Ekran işinin 6 bölümdən ibarət olacağə bildirilib.
Qeyd edək ki, layihənin baş rolları İlkər Kaleli ilə Meggi Sivantosa həvalə olunub.
Zeynep sonuncu dəfə "Baba" serialında Şahika obrazına həyat verib.
