Rusiyalı müğənni Yuliya Çiçerina Əməkdar artist adı alıb.
Axşam.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Çiçerina Avropa İttifaqının sanksiya tətbiq etdiyi şəxslər sırasında yer alır. Bundan əvvəl Ukraynanın baş prokuroru İrina Venediktova Çiçerinanın beynəlxalq axtarışa veriləcəyini açıqlamışdı. İfaçının Ukraynanın dövlət bayrağını təhqir etdiyinə, onun ərazi bütövlüyünə qəsd etdiyinə görə 15 ilədək və ya ömürlük həbs cəzası tələb olunur.