Ötən gün "Bandırma Füze Kulübü" filminin qalası baş tutub.
Axşam.az xəbər verir ki, gecədə aktyor Deniz Can Aktaş ekran işi ilə bağlı təəssüratlarını bölüşüb. Bu zaman səhnədə onun yanında olan tərəf müqabili aktrisa Aslı Bekiroğlu digər əməkdaşlarla gülərək söhbət etməyə başlayıb. Onların bu görüntüləri qısa zamanda sosial mediada yayılıb və danışan şəxsə hörmət etməyib onu dinləmədikləri üçün tənqid olunublar.
İzləyicilər davamlı olaraq etdiyi hərəkətlərlə qınaq obyektinə çevrilən Aslının ünvanına "Bu qadının hər hərəkəti səhvdir", "Arxadakı çirkin hörmətsizliyi izləyirik", "Bu, neçəncidir?", "Hələ də anlamadığım bir şey var ki, Aslı - bu qədər qalmqallara adı qarışan biri necə layihə təklifi alır?" kimi fikirlər səsləndirilib.