Şakira Pikedən aldığı zərbələri ağlayaraq oxudu - Video

Şakira Pikedən aldığı zərbələri ağlayaraq oxudu - Video
2826 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Şakira həmkarı Ozuna ilə birgə lentə aldığı yeni “Monotonia” (Monotonluq) adlı mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnıda "Narsistliyinə görə məni tərk etdin", "Bir vaxtlar necə olduğumuzu unutdun", "Sadəcə arxamca gəlmək belə istəməyən birinin arxasınca qaçdım" ifadələrinin yer alması Şakiranın ifanı "Barselona"nın müdafiəçisi Jerar Pike ilə ayrılığına həsr etdiyini göstərir.

İfaçı mahnıda əlavə edir ki, ayrılıq zəruri idi və onu hələ də sevir, lakin özünü daha çox istəyir. Klipdə ağlayan Şakira kişi tərəfindən tapdalanmış ürəyi ilə şəhəri dolaşdıqdan sonra onu seyfdə gizlədir.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Məlum olub ki, ayrılıq xəbərinin mediaya sızmasından bir neçə gün əvvəl Şakira xəstəxanaya yerləşdirilibmiş.

Şakira və Pike 11 ildir münasibətdə olsalar da, rəsmi nikahda deyillər.