Gülşənlə bağlı məhkəmə qərarı yenidən dəyişdi

Gülşənlə bağlı məhkəmə qərarı yenidən dəyişdi
1988 dəfə oxunub
  • A-
  • A
  • A+

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun növbəti məhkəməsi yekunlaşıb.

Axşam.az xəbər verir ki, hakimin qərarına əsasən, ifaçının üzərinə qoyulan məhkəmə nəzarəti tədbirinin ləğv edilməsinə qərar verilib. Lakin onun ölkə xaricinə çıxışına qoyulan qadağanın isə davam edəcək.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. Daha sonra sənətçi ev həbsinə buraxılıb.