Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçakın bağ evində axtarış aparılır.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı “112” teleqram kanalı yayıb. Məlumata görə, axtarış Sobçakın Moskva vilayətində yerləşən evində həyata keçirilir.
TASS isə hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, axtarış Sobçakın kommersiya direktoru Kirill Suxanovun saxlandığı qəsb işi üzrə aparılır və jurnalistə heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, oktyabrın 25-də kommersiya direktorunun Sobçakın cinayət işi çərçivəsində həbs edilməsi barədə məlumat yayılıb. Suxanov istintaq hərəkətlərinin aparılması üçün Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Baş İstintaq İdarəsinə aparılıb. Hansı maddə ilə cinayət işinin başlandığı isə açıqlanmayıb. Daha sonra Sobçak nümayəndəsinin saxlanmasını “jurnalistikaya növbəti təzyiq” kimi qiymətləndirdiyini və vəziyyəti izlədiyini əlavə edib.