Aktyor Oktay Kaynarcanın baş rolunu canlandırdığı "Ben bu cahana sığmazam" serialının heyətinə yeni sima daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Erkan Can rol alacaq. O, layihədə "Ekabir" obrazına həyat verəcək.
Qeyd edək ki, Erkan sonuncu dəfə "Aşıklar bayramı" serialında rol alıb.
