"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask "Twitter"in binasına maraqlı giriş edib.
Axşam.az xəbər verir ki, milyarder əlində əlüzyuyanla binaya daxil olub. O, həmin anları sosial media hesabında paylaşıb. Bundan başqa iş adamının rəsmi hesabında "Twitterin rəhbəri" deyə, yazması platformanı rəsmi şəkildə alması kimi qəbul edilib.
Qeyd edək ki, daha əvvəl Mask 44 milyard dollar (təxminən 74 milyard 800 milyon manat) qarşılığında platformanı almaq istəsə də saxta hesabların çoxluğu səbəbindən bu addımı atmaqdan imtina etmişdi. Nəticədə tviter rəhbərliyi şirkətin imicinə ziyan vurduğu üçün biznesmeni məhkəməyə vermişdi.