Rusiyadan qaçan Sobçakın yalanı ortaya çıxdı

Rusiyadan qaçan Sobçakın yalanı ortaya çıxdı
1152 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçakın Litviyada olduğu təsdiqlənib.

Axşam.az xəbər verir ki, Litva hakimiyyət orqanları Sobçakın hazırda onların ölkəsində olduğunu rəsmən təsdiqləyib. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik İdarəsinin rəisi Darius Yaunişkis “Ziniu radijas” radiostansiyasının efirində deyib:

“Sobçak İsrail vətəndaşıdır. Bununla da o, Litvayada 90 gün vizasız qala bilər”.

Bu məqamda xatırladaq ki, Sobçak daha əvvəl İsrail vətəndaşlığı alması ilə bağlı xəbərləri təkzib etmişdi.

Qeyd edək ki, ötən gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.